ABŞ-ın Rusiyaya qarşı sanksiyaları: Bakı üçün böyük fürsət..

“ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların dünya üçün də nəticələri olacaq”. Rubrika.az Musavat.az-a istinaden xeber verir ki bu sozleri açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq ABŞ-la münasibəti olan bir çox ölkələrin də sanksiyalara qoşulmaq məcburiyyətində qalacağını bildirib.
“Düzdür, Konqres bundan əvvəl Azərbaycanda neft və qaz hasilatı ilə məşğul olan 6-ya yaxın şirkətinin bu sanksiyalardan azad olunması barədə qərar çıxarmışdı. Ancaq indiki sanksiyalar genişləndirilmiş sanksiyalardır və dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Çünki ABŞ-a məxsus şirkətlər bir neçə ölkədə eyni vaxtda fəaliyyət göstərir və dünya iqtisadiyyatının bir növ qan damarını təşkil edir. Buna görə də Konqres dünyada iqtisadi böhranın dərinləşməməsi üçün Rusiya, Şimali Koreya və İrandan başqa digər ölkələrdə fəaliyyət göstərən Amerika şirkətləri haqqında yeni bir qərar çıxarmalıdır. Əks təqdirdə, siyasi münasibətlər gərginləşə bilər. Zənnimcə, ABŞ Rusiya, Şimali Koreya və İrana qarşı çevrilmiş şirkətlərin fəaliyyətlərini məhdudlaşdıran sanksiyalara yaşıl işıq yandıracaq və yerdə qalan ölkələrə isə tətbiq etməyəcək. Çünki bu, Vaşinqtonun da maraqlarına ziddir”, - politoloq qeyd edib.
Rubrika.az
Facebook-da paylaş










