Kəmaləddin Heydərov vitse-prezident oldu — Çodan təyinat...
![]()
Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.
Rubrika.az "Ölkə.Az"-a istinadən, o, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.
Belə ki, DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən təyin edilir.
Rubrika.az
Facebook-da paylaş










