Faytonçu Nazimin ölüm xəbəri yayıldı

Müğənni Vüqar Muradov 2 saat əvvəl sosial şəbəkədə Faytonçu Nazimin (Nazim Pişyari) vəfat etməsi ilə bağlı xəbər yayıb.
Rubrika.az oxu.az-a istinadən bildirir ki, V.Muradovun prodüseri açıqlamasında bu məlumatın Nazim Pişyarinin yaxın dostu Ələkbər Şahmuradovun səhifəsindən götürüldüyünü bildirib və bu haqda dəqiq məlumatı olmadığını söyləyib.
Zəngdən sonra isə müğənni məlumatı səhifəsindən silib.
N.Pişyarinin yaxınları və dostları ilə əlaqə saxlamaq mümkün olmayıb.
Rubrika.Az
Facebook-da paylaş












