Neft YENİDƏN bahalaşdı

Dünya birjalarında neftin qiyməti artıb.
Rubrika.Az "APA-Economics"-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,42 dollar və ya 3,02% artaraq 48,51 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,69 dollar və ya 3,31% artaraq 52,72 dollar olub.
Rubrika.Az
Facebook-da paylaş













