Lerikdə yolların təmirinə ayrılan 11 milyon manat hara qərq olub? - VİDEO
![]()
Bu gün Lerik rayonunun əhalisi icra başçısı Rövşən Bağırovun, onun müavini Cəlil Baxşiyevin yarıtmaz idarəçiliyindən, rayonda hökm sürən rüşvətxorluqdan təngə gəliblər.
Kimsəyə sirr deyil ki , icra başçısı R. Bağırov müavini C. Baxşiyevi külli ixtiyar sahibi edib, oysa uf demədən rayonu talamaqla məşğuldur .
Rubrika.Az teref.info-ya istinadən bildirir ki,yerli icra hakimiyyətləri haqqında əsasnamənin 3.3 bəndinə əsasən, icra hakimiyyəti başçıları müvafiq ərazidə aqrar bölmənin inkişafı sahəsində dövlət siyasətini həyatə keçirilməsini təmin etməli, aqrar sektorun inkişafına yönəlmiş yeni proqramlar hazırlamalıdırlar. Amma aqrar inkişaf proqramı hazırlamaq bir yana dursun, R. Bağırov və C. Baxşiyev Lerikin mövcüd potensialını da yoxa çıxarıb, köhnə proqramları zibil qutusuna atıb.
Lerik rayonunu rəhbərliyi subsidiyaların verilməsinə, təyinatı üzrə xərclənməsinə nəzarət etmək əvəzinə, bu məqsədlə ayrılan vəsaitin mənimsənilməsinə rəvac verirlər.
Lerikdə səhiyyə, sosial sahələr, infrasukrurlar bərbad vəziyyətdədir və heç bir inkişafdan əsər-əlamət yoxdur .
Əhalisinin sayı 75 min nəfəri ötmüş Lerikin bütün yolları bərbad vəziyyətdədir. Hətta rayonun əsas magistralı sayılan Lənkəran-Lerik yolu yarağanlar içindədir. Turizmin inkişafından danışırlar. Yerli camaat bəlkə də bu dərə-təpə yollara öyrəncəlidir, amma ilk dəfə gələn vərdişsiz qonaqların bu yollarda içalatı tökülür. Təsəvvür edin, 30 kilometrlik yolu avtomobillə qət etmək üçün atıla-düşə bir saatdan artıq vaxt itirən turist bir də Lerikə qayıdarmı?! Qayıtmırlar da.
Rubrika.Az
Facebook-da paylaş













