Çempionu döyüb öldürən azərbaycanlı tutuldu - Video
![]()
2011-ci il pauerliftinq üzrə dünya çempionatının 120 kq dərəcəsində gümüş medalçısı, rusiyalı Andrey Draçovu dünən Xabarovsk şəhərində döyərək ölümünə səbəb olmuş azərbaycanlı MMA döyüşçüsü Anar Allahverənov saxlanılıb.
Rubrika.Az Virtualaz.org-a istinadən xəbər verir ki, polisin təşkil etdiyi genişmiqyaslı axtarış tədbirləri nəticəsində A.Draçovun qətlə yetirilməsində şübhəli bilinən şəxs tutulub. Azərbaycanlı idmançının hansı şəraitdə saxlanılması barədə məlumat verilmir.
Rubrika.Az
Facebook-da paylaş















