20 yaşlı ana və iki körpəsi yoxa çıxıb - BAKIDA...
![]()
Bakıda ana iki azyaşlı övladı ilə birgə itkin düşüb.
Rubrika.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri – 1997-ci il təvəllüdlü Məhbubə Hüseynovanın azyaşlı qızları, 4 yaşlı Səltənət və 3 yaşlı Xədicə ilə birgə itkün düşmələri barədə polisə məlumat daxil olub.
Daxil olan məlumat əsasında axtarışlara başlanıb.
Rubrika.az
Facebook-da paylaş











