Azərbaycanlı sürücü “07” ilə Amerikada - FOTO
![]()
Bakılı sürücünün "VAZ-2107" markalı avtomobili ABŞ-ın Nyu-York şəhərində kameraların obyektivinə tuş gəlib.
Rubrika.az Mİlli.Az-a istinadən xəbər verir ki, tanınmış avtobloq nuriyev.ws-in yaydığı fotoda maşının restoran önündə park edildiyi əks olunur. Nömrə əvəzinə "I love NY, Baku55" ("Mən Nyu-Yorku sevirəm, Bakı 55"-red.) yazısından bilinir ki, avtomobil azərbaycanlıya məxsusdur.
Lakin bu avtomobilin okeanın o tayına hansı vasitə ilə aparıldığı naməlum qalıb.
Qeyd edək ki, Nyu-York Amerika Birləşmiş Ştatlarının əhali sayına görə ən böyük şəhəridir.
Rubrika.az
Facebook-da paylaş













