Sumqayıtda məktəbdə faciə
![]()
Sumqayıtın 13-cü mikrorayon ərazisində fəaliyyət göstərən 24 saylı orta məktəbdə ölüm hadisəsi qeydə alınıb.
Rubrika.az apa-ya istinadən bildirir ki, məktəbdə təmir işləri aparan Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Facebook-da paylaş

















