Sabunçuda 2 mərtəbəli evdə yanğın
![]()
Sabunçuda 2 mərtəbəli evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Pirşağı kəndində ümumi sahəsi 200 kv.m olan 2 mərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 6 kv.m sahədə və dəhlizin lambirindən ibarət tavanı 2 kv.m sahədə yanıb.
Yanğından evin qalan hissələri mühafizə olunub. Yanğın saat 15:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Rubrika.az
Facebook-da paylaş







