ABŞ-ın qapısında yeni təhlükə - "İrma"
![]()
Atlantik okeanı üzərində formalaşmış "İrma" qasırğası ən yüksək dərəcədə - 5-ci kateqoriyayadək güclənib.
Rubrika.az Milli.Az -a istinadən bildirir ki, artıq Karib dənizinin bir sıra adalarında qasırğa xəbərdarığı verilib.
Sürəti saatda 280 kilometrə çatan qasırğanın Antiqua və Barbuda, Sent Kitts və Nevis, Puerto-Riko adalarına təhlükə törədə biləcəyi bildirilir.
Bundan başqa, ABŞ-ın Florida ştatının sahillərinə də qasırğanın çata biləcəyi istisna olunmur.
Rubrika.az
Facebook-da paylaş









