Azərbaycanlı aktyor: "Toy üçün bütün aldıqlarımız oğurlanıb"
![]()
Aktyoru Elnur Kərimovun qardaşının evinə oğrular girib.
Rubrika.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktyor sosial şəbəkədə yazıb. O bildirib ki, evdəki bütün pullar və qızıllar oğurlanıb:
"Bu gün qardaşım oğlunun qız toyu idi. Gəlib gördük ki, pəncərəni sındıraraq evə girib bütün pul və qızılları oğurlayıblar. Sentyabrın 18-də keçiriləcək toy üçün bütün aldıqlarımız oğurlanıb".
Elnur Kərimov bildirib ki, qardaşının toyu üçün saxladıqları 2000 manat pul və külli miqdarda qızıl-zinət əşyaları aparılıb.
Rubrika.Az
Facebook-da paylaş












