“Kanal 13”-ün direktoru haqqında cinayət işi yekunlaşdı
![]()
"Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov barəsində olan cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib.
Rubrika.az Report-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.
Onun sözlərinə görə, işə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.
Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Rubrika.Az
Facebook-da paylaş











