Moskvada güllələnən azərbaycanlı iş adamı Rəhman Əliyev imiş... - YENİLƏNİB

Moskvada odlu silahdan açılan atəş nəticəsində öldürülən azərbaycanlının kimliyi məlum olub.
Rubrika.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu, 49 yaşlı iş adamı Rəhman Əliyevdir.
O, qara və əlvan metalların alışı və satışı ilə məşğul olurmuş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
**
00:14
Moskvanın cənubunda Azərbaycan vətəndaşı başından güllələnərək qətlə yetirilib.
TASS xəbər verir ki, bu barədə bazar ertəsi hüquq-mühafizə orqanlarıdakı mənbə məlumat verib. İlkin məlumata görə, qətl sifarişlə yerinə yetirilib.
"Yaxından güllələnən kişinin meyiti paytaxtın Qərbi Birülevo rayonundakı Xarkov keçidində aşkar olunub", - deyə agentliyin həmsöhbəti bildirib.
Onun məlumatına görə, qətl sifariş xarakterlidir, ölən şəxs isə Azərbaycan vətəndaşıdır.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti TASS-a faktı təsdiq edib, lakin hadisənin təfərrüatları barədə məlumat verməyib.
Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.
Rubrika.Az
Facebook-da paylaş












