Baş Prokurorluqdan "AAAF Park" sahibinin həbsi ilə bağlı AÇIQLAMA
![]()
Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “AAAF Park” Yaşayış Kompleksində prokurorluq əməkdaşları tərəfindən yoxlama aparılması barədə xəbərlərə münasibət bildirib.
Rubrika.Az ölkə.az-a istinadla bildirir ki, E.Sultanov açıqlamasında deyib ki, “AAAF Park” Yaşayış Kompleksində prokurorluq əməkdaşları tərəfindən heç bir yoxlama-axtarış aparılmayıb:
“Bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və tərəfimizdən təkzib olunur”.
E.Sultanov “AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovun həbs edilməsi ilə bağlı məlumatsız olduğunu da söyləyib:
“Tofiq Heydərovun həbsi ilə bağlı heç bir məlumatımız yoxdur. Əgər orada prokurorluq tərəfindən araşdırmalar aparılmırsa, artıq bu məsələ bizə aid deyil”.
Ölkə.az-ın əldə etdiyi məlumata görə isə, "AAAF Park" ərazisinə prokurorluğun yox, Vergilər Nazirliyinin əməkdaşları gəlib. Ərazidə yoxlamanı Vergilər Nazirliyinin əməkdaşları aparır.
Rubrika.Az
Facebook-da paylaş












