Lukaşenko Sərkisyana necə sataşdı?

Soçidə keçirilən MDB Dövlət Başçılarının Sammiti Azərbaycan, Belarus və Ermənistan prezidentləri üçün boş keçməyib.
Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko RİA-ya açıqlamasında Soçidə vaxtlarının olduqca sərbəst atmosferdə keçdiyini, tez-tez bir-birilərinə sataşdıqlarını deyib.
Lukaşenko bunu Minskdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşü zamanı xatırladıb.
“Bizim İlham Əliyevlə Soçidə müxtəlif formaqlarda fikir mübadiləmiz oldu. Biz uzun müddət vaxtımızı bir yerdə keçirdik, münasibətlərimizlə bağlı çoxlu məsələləri müzakirə etdik. Siz inanırsız, Ermənistan prezidenti də daxil olmaqla, biz bir-birimizə siyasətdə qəbul edilən formada bu və ya digər problemin həlli ilə bağlı atmaca atır, sataşırdıq”, - Lukaşenko bildirib.
Rubrika.Az
Facebook-da paylaş














