Baş leytenant 4 hərbçi yoldaşını güllələdi — Rusiyada dəhşət
![]()
Rusiya qvardiyasının baş leytenantı 4 xidmət yoldaşını güllələyib
Rubrika.Az-ın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya Milli Qvardiyasının baş leytenantı Çeçenistandakı hərbi hissədə 4 xidmət yoldaşını güllələyərək öldürüb. Məlumatda bildirilib ki, hadisəni törədən hərbçi zərərsizləşdirilib.
“İlkin məlumata görə, Çeçenistan Respublikasındakı Şelkovskaya kəndində yerli vaxtla saat 16-da Rusiya Milli Qvardiyasının Şimali Qafqaz hərbi dairəsinin hərbi hissələrindən birində qvardiyanın baş leytenantı 4 xidmət yoldaşını ölümcül güllələyib. Hərbi hissənin qışlasında atəş açan hərbçi növbətçi bölmənin döyüşçüləri tərəfindən zərərsizləşdirilib”, - bu barədə rəsmi açıqlamada bildirilib.
İnsidentlə bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb. Hadisə yerinə Rusiya Milli Qvardiyasının əməliyyat-istintaq qrupu göndərilib.
Qeyd edək ki, bundan bir ay əvvəl buna bənzər insident Amur vilayətində baş vermişdi. Sentyabrın 29-da 23 yaşlı hərbi çağırışçı, Dağıstan doğumlu yefreytor Qasan Abdulaxadov poliqonda olarkən bir zabitə və xidmət yoldaşlarına atəş açmışdı.
O vaxt zabit də daxil üç hərbçi həlak olmuşdu. Abdulaxadov Şərq hərbi dairəsinin antiterror qrupu tərəfindən aşkar edilmiş, lakin müqavimət göstərərkən öldürülmüşdü.
Bu hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, insidentə əsəb sarsıntısı da daxil səbəb ola biləcək bütün versiyalar araşdırılır. Lakin o vaxtdan bəri araşdırmanın nəticəsi barədə məlumat verilməyib.
Rubrika.Az
Facebook-da paylaş















