Milli Şuranın mitinq fırıldağı ifşa olundu: “20 manat veriblər, gəlmişəm” – VİDEO
![]()
Milli Şuranın ötən dəfə keçirdiyi icazəli mitinqi biabırçıqla müşahidə olunub. Belə ki, BŞİH-nin mitinqə icazə verməsinə baxmayaraq, mitinqə adam toplamaqda çətinlik çəkən təşkilatçılar camaatı pulla ələ almağa çalışıblar.
Rubrika.az teref.info-ya istinadla bildirir ki, mitinqdə müsahibə alan zaman jurnalistin sualına maraqlı cavablar verilib. Belə ki, mitinqə gələnlərdən biri açıq şəkildə bildirib ki, 20 manat verildiyinə görə, bu mitinqə gəlib: "Nə mitinq, nə etiraz, 20 manat veriblər gəlmişəm. Az pul deyil ki, axşam evimə ət alıb aparacam.”
Qeyd edək ki, özlərini birləşmiş müxalifət düşərgəsi kimi təqdim edən Milli Şura 8-10 min nəfərlik "Məhsul” stadionunu doldura bilmir. Hətta pul ilə adamlar cəlb etdiyi sonuncu mitinqdə də cəmi 1500 nəfərin iştirak etdiyi məlumdur.
Rubrika.Az
Facebook-da paylaş














