Nazirlikdəki qanunsuzluq xərçəng xəstəsini get-gələ salıb - ŞİKAYƏT

Beyləqan rayon sakini Alışlı Rövşən Talış oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova yenidən müraciət edib.
Rubrika.Az AzFakt.com-a istinadən xəbər verir ki, Beyləqan rayon sakini Rövşən Alışlı xərçəng xəstəsi olduğu üçün əlillik dərəcəsi ala bilməməsindən şikayətçidir. Bir qədər əvvəl nazir Səlim Müslümova müraciət etdikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən yetkili bir şəxsin ona zəng edərək yenidən müraciət etməsini və əlillik dərəcəsinin veriləcəyini deyib.
Rövşən Alışlı qeyd edir ki, nazirlikdəki yetkili şəxsin sözündən sonra sənədləri yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir. Ancaq məlum olur ki, nazirliyin sənəd qəbulu sistemində xərçəng xəstəsinin adına 2 aylıq blok qoyulub. Şikayətçi üzləşdiyi qanunsuzluq və burokratik əngəllə bağlı nazir Səlim Müslümovdan təkrar kömək istəyir.
Rubrika.Az
Facebook-da paylaş















