Rusiya müsəlman ölkəsinə “İsgəndər” satdı
![]()
Rusiya İsgəndər-E raket kompleksini Şimali Afrika ölkələrindən birinə tədarük edib.
Rubrika.Az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri “RİA Novosti” agentliyinə Rusiya Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin adının açıqlanmasını istəməyən nümayəndəsi söyləyib. O, silahın 2017-ci ildə tədarük edildiyini bildirib. Agentliyin mənbəsi raketin tədarük edildiyi ölkənin adını açıqlamayıb.
Qeyd edək ki, Moskva bundan öncə eyni raket kompleksini Ermənistana verib. Ermənistana verilən bu raketin İsgəndər-M olması ilə bağlı da iddia var.
Rubrika.Az
Facebook-da paylaş










