Azərbaycanda 6 bal gücündə zəlzələ oldu - Rəsmi məlumat (Yenilənib)

Saat: 23:59
Azərbaycanın müxtəlif bölgələrində zəlzələ olub.
Rubrika.az musavat.com-a istinadən xəbər verir ki, sakinlər məlumat veriblər.
Məlumata görə, yerli vaxtla 23:48-də baş verən zəlzələ 4 bal gücündə qiymətləndirilir.
Gələn xəbərlərlə görə, zəlzələ Tovuz, Gəncə, Göygöl, Naxçıvan, Bərdə, Ağdam, Yevlax, Göyçay, Sabirabad, Mingəçevirdə hiss olunub.
***
Saat: 00:31
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda baş verən zəlzələ barəsində rəsmi məlumat yayıb.
Musavat.com xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.
Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.
Rubrika.Az
Facebook-da paylaş













