Azərbaycanda hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti dəyişəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 24-25-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Azərbaycanın rayonlarında noyabrın 25-i gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Rubrika.Az
Facebook-da paylaş













