Nail Allahverdiyev N saylı hərbi hissədə xidmət edibmiş...

Bakıda “Gelandawagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş Nail Allahverdiyevin ilk məhkəmə iclasında anket məlumatları yoxlanılarkən səhvə yol verilib.
RUBRİKA.AZ-ın “Report”a istinadən xəbərinə görə, məhkəmə prosesində onun hərbi xidmətdə olmadığı bəyan edilsə də, əslində, N.Allahverdiyevin xidmət etdiyi məlum olub.
Belə ki, N.Allahverdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində xidmət edib.
Xatırladaq ki, Nail Allahverdiyev dünən baş tutan məhkəmə prosesində hərbi xidmətdə olması ilə bağlı sualı cavablandırarkən mənfi cavab vermişdi.
RUBRİKA.AZ
Facebook-da paylaş










