“Leyla” Palace-də dekor işləri görən fəhlələrin zəhmət haqlarının ödənilməsində yaranan problem öz həllini tapdı
![]()
Rubrika.Az bakunews.az-a istinadla bildirir ki, “Leyla” Palace-də dekor işləri görən fəhlələrin zəhmət haqlarının ödənilməsində yaranan problemlə bağlı dərc edilən məlumatlardan sonra həmin məsələyə rəhbərliyin müdaxiləsi nəticəsində artıq razılaşma əldə edilib.
Belə ki, rəhbərliyin müdaxiləsi nəticəsində gecikdirilmiş zəhmət haqları ödənilib. BakuNews.az problemin həllinə yardımçı olan şəxslərə minnətdarlığını bildirir və əlavə olaraq qeyd edir ki, “Leyla” Palacenin rəhbərliyi zəhmət haqları ilə bağlı baş verən gecikmə hadisəsindən məhz saytın bu məsələ ilə əlaqədar dərc etdiyi məlumatdan sonra xəbər tutub. Fəhlələrin əmək haqlarının gecikdirilməsinə bilavasitə səbəbkar olan şəxslərlə bağlı daxili intizam qaydalarına uyğun olaraq ciddi ölçü götürülüb.
Rubrik
Facebook-da paylaş













