Aysel Türkiyədə mükafat aldı

Aktrisa-aparıcı Aysel Nazim Türkiyədə mükafat alıb.
Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, o,"Moonlayf” mükafatlandırma mərasiminə qatılıb. Aysel aparıcı olduğu və “Speys” televiziyasında yayımlanan “Aysel Nazim ilə kokteyl” maqazin verilişinə görə təltif olunub.
“Sevincli və xoşbəxtəm. Türkiyədə mükafat alan ilk maqazin verilişiyik. Biz işimizi sevərək görürük. əməyimizin bəhrəsini görmək xoşdur. Proqramın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edirəm”, - deyə Aysel nazim bildirib.
Rubrika.az
Facebook-da paylaş













