İsrail BMT-nin Qüdslə bağlı qətnaməsini qəbul etməyib

İsrail BMT-nin Qüdslə bağlı qətnaməsini qəbul etməyib.
Rubrika.az musavat.com-a istinaden Türkiyə mətbuatına xəbər verir ki, bu ölkənin baş naziri Binyamin Netanyahu sənədə etirazını bildirib.
Baş nazir "Qərarı rədd edirik", - deyə beynəlxalq təşkilatın qətnaməsi ilə razılaşmadığını qeyd edib. O, bununla yanaşı, ABŞ prezidenti Donald Trampa da verdiyi dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, sənədin səsverməsi zamanı ABŞ da daxil olmaqla, bir neçə ölkə qətnamənin əleyhinə səs verib. ABŞ prezidenti Donald Tramp bildirib ki, onun ölkəsi BMT-nin Qüdsün İsrailin paytaxtı kimi tanımaması qətnaməsini dəstəkləyən ölkələrə malliyyə yardımını dayandıracaq. Tramp dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və ABŞ-ın bu ölkədəki səfirliyinin həmin şəhərə köçürülməsi barədə göstəriş verib.
Rubrika.az
Facebook-da paylaş












