Polis Neftçalada silsilə oğurluq edən şəxsləri tutdu
[center][/center]Dekabrın 20-də Neftçala rayon sakini Raqib Əzizov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus qarajdan oğurluq edilməsi barədə məlumat verib.Rubrika.Az virtualaz.org-a istinadal bildirir ki,
DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan virtualaz.org saytının yerli bürosuna verilən məlumata görə, həmin ünvana gələn Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının araşdırmaları nəticəsində məlum olub ki, qarajdan ümumi dəyəri 4610 manat dəyərində məişət avadanlıqları oğurlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov və Adil Qəmbərov saxlanılıblar.
Araşdırma zamanı dəstə üzvlərinin törətdikləri başqa cinayətlərin də üstü açılıb.![]()
![]()
![]()
![]()
![]()
![]()
Belə ki, onlar ifadələrində rayonun ərazisində qapısı bağlı evlərə girərək soyğunçuluq etdiklərini də etiraf ediblər. Oğurladıqları məişət əşyalarının bir qismini qiymətindən ucuz satıblar, müəyyən bir qismi isə maddi sübut kimi götürülüb.
Eyni zamanda vətəndaşa məxsus evə girərək 1200 manat dəyərində kompüteri oğurlamaqda şübhəli bilinən rayon sakini Orxan Bayramov saxlanılıb. O, ifadəsində evə pəncərəni sındırmaq yolu ilə daxil olduğunu və kompüteri oğurladığını etiraf edib. Oğurladığı kompüter başqa evin zirzəmisindən tapılaraq maddi sübut kimi götürülüb.
Əməliyyat tədbiri bununla da bitməyib. Həmin gün həyata keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus həyətyanı sahədən 10 metrlik 3 ədəd alüminium tor hasarları oğurlamaqda şübhəli bilinən rayon sakini Emin Həsənov saxlanılıb. Törətdiyi əməli etiraf edən E.Həsənov tor hasarları 35 manata satdığını etiraf edib. Həmin tor hasarlar araşdırma nəticəsində tapılaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, istintaq gedir.
.
Rubrika.Az
Facebook-da paylaş












