Şagirdlər evlərindən odun gətirirlər... - GİLEY

Azərbaycanın əyalətlərindən elektron poçtumuza sosial problemlər girdabında boğulan oxucuların şikayətləri gəlməkdədir.
Rubrika.Az AzEuroNews.com-a istinadən xəbər verir ki, Beyləqanın Xaçınabad qəsəbəsində yerləşən Haramı kənd ümumi orta məktəbinə yanar qaz verilmir.
Məktəbdə şagirdlər məcburən soyuq şəraitdə təhsil alırlar. Beyləqan şəhər 4 saylı tam orta məktəbdə isə sinif otaqlarını qızdırmaq üçün müəllimlərin göstərişi ilə şagirdlər evlərindən odun gətirirlər.
Rubrika.Az
Facebook-da paylaş










