Qoşqar Təhməzli Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin olundu

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Rubrika.az Virtualaz.org-a istinadən xəbər verir ki, sərəncamla Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.
Qeyd edək ki, adıçəkilən agentlik bu il noyabrın 13-də yaradılıb. Q.Təhməzli isə bu il iyunun 16-da Prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Rubrika.az
Facebook-da paylaş










