Dağıstan müftisinin xanımı Rusiya prezidenti olmaq istəyir

Şənbə günü Mahaçqalada Dağıstanın müftisi Əhməd Abdullayevin həyat yoldaşı - Rusiya prezidentliyinə öz namizədliyini irəli sürən Ayna Həmzətovanı dəstəkləyən seçicilər qrupunun yığıncağı olacaq.
Rubrika.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə “İnterfaks” xəbər yayıb.
46 yaşlı A.Həmzətova Rusiyada ən böyük müsəlman informasiya şirkətinə başçılıq edir. Ali filoloji və hüquqi təhsilə malikdir. Rusiya Jurnalistlər İttifaqının üzvü, yazıçı, hakimiyyət orqanları, ictimaiyyət və KİV-lə əlaqələr üzrə Dağıstan müftisinin məsləhətçisi, "Yol" xeyriyyəçilik fondunun həmtəsisçisi, "İslam" jurnalının baş redaktorudur. Vəhhabilərə qarşı barışmaz mövqeyi ilə, hansılar ki, 1998-ci ildə onun birinci ərini - Dağıstanın müftisi Səid Məhəmməd Abubakarovu öldürüblər, məşhurdur.
5 yanvara qədər onun namizədliyi ilə bağlı bütün lazımi sənədlərin Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyi gözlənilir.
Rubrika.az
Facebook-da paylaş











