Dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib.
![]()
Rubrika.az “Ölkə.Az”-a istinaden xəbər verir ki, İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gedib.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamlayıb. Sonra MDB dövlət başçıları birgə foto çəkdiriblər. Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub.
Rubrika.az
Facebook-da paylaş












