ABŞ-da həyat dondu: əhaliyə xəbərdarlıq edildi
![]()
ABŞ-ın İllizionis ştatının Çikaqo şəhərində 1918-ci ildən bəri ən soyuq qış müşahidə olunur.
Rubrika.az Qaynarinfo-a istinadən xəbər verir ki, temperaturun -20 dərəcə olduğu bölgədə qarın qalınlığının 15-17 sm-ə çatacağı gözlənilir. Rəsmilər insanlara 30 dəqiqədən artıq çöldə qalmamağı məsləhət görüblər.
Şaxtalı hava səbəbilə Miçiqan gölü donub. Bir nəfər sosial mediada donmuş kirpik və qaşlarının fotosunu paylaşıb.
Qeyri-sabit hava şəraiti 16 təyyarə səfərinin təxirə salınmasına səbəb olub.
Bəzi insanlar isə parklara qarlı havada ailə üzvləri və ev heyvanları ilə əylənmək, xizək sürmək üçün axın ediblər.
Rubrika.az
Facebook-da paylaş















