Poroşenko Rusiyaya şərt qoydu: Əgər...
![]()
Əgər ucuz olacaqsa, Rusiyadan qaz almağa başlaya bilərik.
Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenko danışıb.
“Onlar qapımızı döyürlər: bəlkə, bizim qazımızı alasınız? Yox, lazım deyil, bizdə hər şey yaxşıdır. Əgər ucuz olsa, ədalətli olsa, rüşvətsiz olsa, o zaman buyurun. Bəs bu bizim nəyimizə lazımdır? Vətəndaşlarımızın tariflərini aşağı salmaq üçün lazımdır”, - Poroşenko bildirib.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayında Ukrayna ilə Rusiya arasında təbii qaz təchizatı dayandırılıb.
Rubrika.az
Facebook-da paylaş















