Donald Tramp Çini Şimali Koreya ilə əməkdaşlıqda günahlandırdı
![]()
ABŞ prezidenti Donald Tramp Çini Şimali Koraya ilə ticarət əlaqələri qurmaqda günahlandırıb.
Rubrika.az Olke.az-a istinadən xəbər verir ki, bu barədə Tramp “Twitter” hesabında yazıb. Onun sözlərinə görə, Çin hökuməti Şimali Koreyaya neft idxalını həyata keçirtməkdə dəstək verir.
“Çox acınacaqlı bir haldır ki, Çin Şimali Koreyaya neft tədarükü etməkdə yardım edir. Şimali Koreya ilə problemləri sülh yolu ilə həll etmək mümkün deyil. Əgər Çin Şimali Koreyaya yenə yardım edərsə, ABŞ onlarla dostluğu və əməkdaşlığı davam etdirməyəcək”, - deyə Tramp yazıb.
Rubrika.az
Facebook-da paylaş







