Lavrovdan etiraf: Bunu Putindən öyrənmişəm
![]()
NTV telekanalının “Mejdunarodnaya Pilorama” proqramında qonaq olan Rusiya Xarici İşlər naziri Sergey Lavrov maraqlı bir etiraf edib.
Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, aparıcı Tiqran Kiosyanın “Qərb tərəfdaşları” ifadəsini ciddi sima ilə ifadə etmək necə mümkündür?” sualına Lavrova özünəməxsus şəkildə cavab verib.
O, bu bacarığı dövlət başçısı Vladimir Putindən öyrəndiyini bildirib:
“O da (Vladimir Putin) bu cümləni işlədir. Ümumən münasibətimiz olan hər kəsin tərəfdaşımız olduğunu düşünürük. Sadəcə müqaviləli tərəfdaşlar və ümidsiz bacarıqsızlar var. Qərbdə belələri daha çoxdur”.
Rubrika.az
Facebook-da paylaş











