Abşeronda məktəbli qız yaşadığı evdə ölü tapılıb — FOTO
![]()
Abşeronda 11-ci sinif şagirdinin meyiti yaşadığı evdə tapılıb.
Rubrika.Az “report”a istinadən xəbər verir ki, Xırdalan şəhər, Misir-Ərəb təmayüllü 9 saylı tam orta məktəbin 11 a sinif şagirdi Nuriyeva İlahə Nofəl qızı yaşadığı evdə ölü vəziyyətdə tapılıb.
Onun meyitini yaxınları aşkarlayıblar. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













