Yevlaxda 32 yaşlı kişi kafedə bıçaqlandı
![]()
Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib
Rubrika.az Pia.az-a istinadən xəbər verir ki, rayonun Aran qəsəbəsində 1985-ci il təvəllüdlü Şaiq Şirinov bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göatərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, Şaiq Şirinov qəsəbə ərazisində kafelərdən birində naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı qanlı hadisə baş verib.
Faktla bağlı cinayət işi başlanıb.
Rubrika.az
Facebook-da paylaş













