Rusiya prezidenti Vladimir Putinin təyyarəsi Abakan hava limanında yerə enə bilməyib.
![]()
Rubrika.az "Ölkə.Az"-a istinaden xəbər verir ki, buna səbəb sıx duman qatı olub. Məlumatı regionun xəbər saytları paylaşıb.
Bildirilir ki, "Rossiya" layneri Abakan hava limanı zonasına daxil olsa da, havada dövr edir.
Sonradan isə təyyarə limana enib və prezident təyyarədən trap vasitəsilə düşüb. Putin Xakasiyada bir neçə gün istirahət edəcək.
Rubrika.az
Facebook-da paylaş











