Məhv olmuş virusu yenidən yaratdılar
![]()
Kanadadakı Albert universitetinin alimləri yeni kəşfə imza atıblar.
Rubrika.az "Ölkə.Az"-a istinaden xəbər verir ki, sadəcə XX əsrdə 300-500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi virusu ilə əlaqəsi olan bir virus laboratoriya şəraitində yaradılıb.
İnsana ziyanı olmayan bu virusun daha təsirli çiçək peyvəndi yaratmaq üçün kömək edəcəyi bildirilir. Bəzi alimlər isə bu kəşfi tənqid atəşinə tutub. Bu alimlərin fikrinə görə, hazırda çiçəyə qarşı mövcud olan peyvənd kifayətlidir. Yeni virus isə terrorçuların və ya pis niyyətli insanların əlinə keçə bilər. Bu zaman yeni bir epidemiya fəlakəti ilə üz-üzə qala bilərik.
Rubrika.az
Facebook-da paylaş









