Çağırsa Türkiyə, gedərəm Suriyaya - videosorğu

Azərbaycan xalqı Afrin əməliyyatında Türkiyəni dəstəkləyirmi?
Məlum olduğu kimi, bir neçə gündür ki, Türkiyə Suriyanın şimalındakı Afrin rayonunun terrorçulardan təmizlənməsi məqsədilə “Zeytun budağı” əməliyyatına başlayıb. Ötən 6 gün ərzində Türkiyə ordusu və Azad Suriya Ordusu və digər müxalif qruplardan ibarət 25 min nəfərlik ordu qüvvələri bir neçə istiqamətdən Afrin rayonu ərazisinə daxil olub. Hazırda Türkiyə qüvvələri irəliləməkdə davam edir. Əməliyyatın əsas hədəfi terror təşkilatlarıdır.
Qeyd edək ki, Türkiyə xalqı və siyasi dairələri bu məsələdə orduya və hökumətə ciddi dəstək nümayiş etdirir.
Azərbaycan iqtidarı və müxalifəti də birmənalı olaraq, Türkiyəni dəstəkləyir. Bəs görəsən, Azərbaycanın sadə insanları, xalq təmsilçiləri qardaş ölkənin bu addımını dəstəkləyirmi? Türkiyə ordusunun hərbi dəstəyə ehtiyacı olarsa, azərbaycanlılar könüllü olaraq bu əməliyyatlarda iştirak edərlərmi?
Musavat.com bu suallara aydınlıq gətirmək üçün paytaxt sakinləri arasında sorğu keçirib. Respondentlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu siyasətini müsbət dəyərləndirib və qardaş ölkəyə dəstək olduqlarını dilə gətiriblər. Əksər sorğu iştirakçıları Türkiyə ordusuna dəstək üçün ehtiyac olarsa əməliyyata qatılmağa hazır olduğunu bildiriblər.
Daha ətraflı təqdim etdiyimiz video-sorğudan izləyə bilərsiniz.
Rubrika.az
Facebook-da paylaş










