ABŞ-ın qərb sahilləri silkələndi - 5,8 bal

ABŞ-ın Kaliforniya ştatında 5,8 maqnitudalı zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların yerli vaxtla 16:39-da qeydə alındığı bildirilib.
Zəlzələnin episentri Ferndeyl şəhərindən 173 km qərbdə, ocağı isə 5,1 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat daxil olmayıb.
Rubrika.az
Facebook-da paylaş











