Dolların bahalaşacağı barədə anons verildi
![]()
ABŞ iqtisadiyyatındakı pozitiv situasiya göstərir ki, dollar güclənəcək.
Rubrika.az axar.az-a istinadla xəbər verir ki, bunu CNBC televiziyasına müsahibəsində ABŞ Prezidenti Donald Tramp söyləyib.
“ABŞ-ın iqtisadiyyatı bütün istiqamətlərdə güclənir. Dollar güclənəcək. Mən istərdim ki, o güclü olsun. Bizim ölkə yenidən iqtisadi münasibətlərdə güclənir”, – deyə o bildirib.
Qeyd edək ki, avro son 3 ildə ilk dəfə olaraq 1,25 dollar səddini keçib.
Rubrika.az
Facebook-da paylaş












