Cəlilabad rayon telekomunikasiya qovşağına rəhbərlik edən Sakit Şirəliyevdən narazılıq var...
![]()
Cəlilabad rayon telekomunikasiya qovşağında baş verənlər insanda ancaq təəssüf doğurur.
Rubrika.Az Müstəqil.Az-a istinadla bildirir ki, bu sözləri bir qrup rayon sakini deyib. Sakinlərin dediklərinə inansaq,Rayon Telekomunikasiya qovşağına rəhbərlik edən Sakit Şirəliyev vəzifəyə gətiriləndən sonra heç də sakit dayanmır, əksinə ŞİRə dönür . Rayon sakinlərinin dediyinə görə rəis vəzifə borcundan irəli gələn görəvini yerinə yetirməli olduğu halda, qanuna zidd hərəkətləri ilə də yadda qalır.
Xəbərlərdə Sakit müəllimin bəzən idarəyə müraciət edən sakinlərlə də kobud olmasından bəhs olunur. Belə ki, o Telekomunikasiya qovşağının əhali üçün nəzərdə tutulan işlərinin həm də nədən ibarət olduğunu unudur.
Adının çəkilməsini istəməyən Telekomunikasiya idarəsinin məsul şəxslərindən birinin verdiyi məlumata görə, yanvar ayının 23-də rayonun Sabir abad kənd sakini, Abdul (ad şərtidir) evindəki telefon xəttinin yaxşılaşdırılması üçün qovşağın rəisinə müraciət etsə də, rəhbər tərəfindən kobudluqla qarşılanmış, təhqir olunaraq otaqdan qovulmuşdur. Mənbənin verdiyi məlumatda deyilir ki, kənd sakininə lazım olan 70 metr uzunluğunda xətt əslində pulsuz verilməli olsa da bu Sakit müəllim tərəfindən sakit olmayan tərzdə rədd edilmişdir. Mənbə onu da bildirir ki, əhaliyə pulsuz verilməli olan naqil, qeyri-qanuni olaraq metri 30 qəpikdən satılır.
Məlumatda o da deyilir ki, Sakit Şirəliyevin rəhbərliyi dövründə idarənin işçiləri tərəfindən bir-birinə olunan hörmət və isti münasibətlər də azalıb, qarşıdurmalar hökm sürür.
eyni zamanda Sakit müəllimin iş vaxtı günün çoxunu rayonda fəaliyyət göstərən “Cənub” restoranında olduğu da deyilir. Restorandakı daimi oturduğu kabinetini isə tabeçiliyində olan işçilər rəisin Telekomunikasiyadakı kabinetinin filialı kimi təqdim edirlər.
Rubrika.Az
Facebook-da paylaş













