Tünzalə Ağayeva:“O insanın kim olduğu önəmli deyil”

“2018-ci il mənim üçün iş dolu başlayıb. Yeni layihələr, konsertlər olacaq. Planlar çoxdur. Allah nəsib etdiyi qədər həyata keçirəcəyik. Bu yaxınlarda mövzu və vizual olaraq maraqlı bir mahnım işıq üzü görəcək. Pop, oynaq bir mahnı deyil. Hamımıza aid olan, dəyərli bir bəstədir. Klipi də kreativ olacaq. Media nümayəndələri və pərəstişkarlar üçün qapalı təqdimat edəcəyəm”.
Bu sözləri musavat.com saytına açıqlamasında əməkdar artist Tünzalə Ağayeva deyib. O, sənətdə uğur əldə etməsinin sirrini də açıb:
“Uğur əldə etməyimin səbəbi peşəkar və zövq sahibi olmağımdır. Günün nəbzini tutub, gənclərin sevdiyi musiqilərə üstünlük verirəm. Düzdür, məni üzən tərəflərdə var. Hər yerdə zövqlü musiqi sevilmir. O zaman üzülməməlisən. Daim çalışıb, gözəl işlər ortaya çıxartmalısan. Mən müasir musiqimizdə bir misiyonerəm. Musiqinin intellektin, zövqün üzərində qurulması üçün savaşıram, savacağam da. Mən öz mahnılarımı özüm yazıram. Mənə kimsə diktə etmir. Adətən, çalışıram cəmiyyətin ab-havasına görə mahnı oxuyum. Maksimum tutduğum yolda udmağa çalışıram. Hər mahnı sevilə bilməz. Biz dayanmadan çalışmalı, yaratmalıyıq”.
Tünzalə Aygün Kazımova ilə arasında yaşanan qalmaqala da münasibət bildirib:
“Bu qalmaqal deyildi. Fikrimi bildirdim, məsələ bağlandı. Mən hər zaman bu cür məsələlərdə siyasət işlədirəm. Qarşımda olan insanın kim olması önəmli deyil”.(Musavat.com)
Rubrika.az
Facebook-da paylaş













