Goranboy sakini dəm qazından zəhərlənib

Goranboyda dəm qazından zəhərlənmə olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanqərvənd kəndində baş verib.
Kənd sakini olan gənc qadın yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. O dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.
Rubrika.az
Facebook-da paylaş













