Lerik sakinlərinin şikayətinə reaksiya

Anar Nəcəfli: “Yaxın müddət ərzində sözügedən hissədə işlər tam olaraq yekunlaşdırılması planlaşdırılır”
Ötən il Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi başa çatıb.
Qeyd edək ki, 30 min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə bir neçə dəfə vəsait ayrılıb. Lakin Musavat.com-a müraciət edən bəzi yerli sakinlər asfaltın keyfiyyətindən narazılıq edib. Həmçinin sosial şəbəkədə qeyd olunub ki, yolun bəzi hissələri dağılıb və keçilməz olub. Şikayətçilər bunu yolun standartlara uyğun çəkilməməsi ilə izah ediblər və məsələnin ictimailəşdirilməsi, müvafiq qurumların məsələyə müdaxiləsi üçün yardım istəyiblər.
Musavat.com-un əməkdaşı bu məsələ il əlaqədar “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. A.Nəcəfli operativ şəkildə məsələni araşdırandan sonra bunları bildirib: “Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamıma uyğun olaraq 2013-cü ildə 2 milyon, 2014-cü ildə 7 milyon Lerik rayon İcra Hakimiyyətinə, 2016-cı ildə isə 6.6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Yolun Noda kəndindən Ağçay körpüsünə qədər olan hissəsi İcra Hakimiyyəti tərəfindən yenidən qurulub. Ağçay körpüsündən Xanəgah kəndinədək olan hissə isə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur. Yaxın müddət ərzində sözügedən hissədə işlər tam olaraq yekunlaşdırılması və yolun Dövlət Agentliyi tərəfindən yenidən qurulan hissəsinin vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır”.

Rubrika.az
Facebook-da paylaş