İlham Əliyevdən Tağı Əhmədovla bağlı — SƏRƏNCAM
![]()
Prezident İlham Əliyev Tağı Əhmədovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rubrika.az-ın "Ölkə.Az"-a istinadən məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tağı Məhəmməd oğlu Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.
Xatırladaq ki, Tağı Əhmədov "Bakı Metropoliteni" QSC-nin rəisi olub.
Zaur Əziz
Facebook-da paylaş












