Səudiyyədən Türkiyə açıqlaması: Aramızı pozmaq istəyənlər...
![]()
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı gözəl əməkdaşlıq əlaqələrini pozmaq istəyənlər heç bir nəticə əldə etməyəcək.
Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının İslam məsələləri, Çağırış və İrşad naziri Saleh bin Əbdüləziz Əl-Şeyx deyib.
“Allah şükürlər olsun ki, ikitərəfli əlaqələr böyük uğurla davam etdirilir. Bu əməkdaşlığı pozmağa çalışan düşmənlərimiz heç bir uğur əldə etməyəcək”, - nazir bildirib.
Rubrika.az
Facebook-da paylaş






