Prezidentin köməkçisindən rusiyalı jurnalistə SƏRT REAKSİYA
![]()
Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov rusiyalı telejurnalist Aleksandr Nevzorovun ölkə başçısı İlham Əliyevlə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Rubrika.Az-ın “Ölkə.Az”a istinadən məlumatına görə, Novruz Məmmədov özünün Tvitter hesabında yazıb ki, Aleksandr Nevzorovun bu əməli anormallıqdır.
“Düşünürəm ki, Nevzorov heç vaxt dərk etməyəcək ki, o, nəinki natamam şəxsiyyət deyil, sadəcə anomal ünsürdür, o “human being” dir. O qədər anomaldır ki, yaratmaq istədiyi istənilən şey 600 saniyə sonra ölür. Yaxşı olardı ki, o, psixiatriya klinikasını da “yaratsın”. Orada onu “başa düşərlər. Lakin bu Nervozov, görünür, yaxşı bilir hansı “xidmətlər” üçün kimin qarşısında oynamaq lazımdır”,-deyə prezidentin köməkçisi qeyd edib.
Xatırladaq ki, rus jurnalist prezident İlham Əliyevin “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq” fikirlərini həzm edə bilməyib və bununla bağlı kobud şəkildə fikirlər səsləndirib.
Rubrika.Az
Facebook-da paylaş













