Bakıda üç nəfərin ölümünə səbəb olan sürücülərə hökm oxunub
![]()
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüsal Abdullayev və Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, V. Abdullayev 10 il, R. Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il sentyabrın 6-da Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Vüsal Abdullayevin idarə etdiyi “MAN” və Rəşad Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R. Məmmədovun sərnişini - paytaxt sakini Rumiyyə Cəfərova və daha iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Rubrika.Az
Facebook-da paylaş














